Ciyələyin inanılmaz faydaları: Portağalla müqayisədə...
24-04-2022, 09:13
![Ciyələyin inanılmaz faydaları: Portağalla müqayisədə...](/uploads/posts/2022-04/1650774830_1.jpg)
Çiyələk bir çoxlarının sevimli giləmeyvələrindən biridir. Görüntüsü ilə cəlb edən bu meyvənin faydaları da saymaqla bitməz.
Teleqraf.com xəbər verir ki, çiyələk C vitamininin zəngin mənbəyidir və 100 qram çiyələkdə bu vitaminin gündəlik norması mövcuddur. C vitamininin miqdarına görə çiyələyin tək rəqimi qara qarağatdır. Belə ki, orta ölçülü 5 ədəd çiyələkdə 1 böyük portağalda olduğu qədər C vitamini var. Çiyələkdəki folio turşusu isə moruq və üzümlə müqayisədə daha çoxdur. Bu giləmeyvələrin gündəlik istifadəsi immun sistemini və damarların divarlarını bərkidir.
Ətirli, şirəli çiyələk yay fəslinin əvəzolunmaz çərəzlərindəndir. Bu giləmeyvənin əsli Amerikadan gəlsə də hal-hazırda bütün dünyada müxtəlif növləri yetişdirilir. Çiyələyi çiy halda yeməklə yanaşı, ondan mürəbbə, kompot və şirniyyatlar hazırlamaq olar.
Çiyələk sətəlcəmə qarşı antibakterial təsirə malikdir. Buna görə də onu mədə ağrısı vaxtı dərman kimi istifadə etmək məsləhət görülür. Çiyələyin antimikrob xüsusiyyətləri bəzi iltihabi xəstəliklərin müalicəsi zamanı olunur və ağızdan gələn xoşagəlməz qoxunu aradan qaldırır.
Bununla yanaşı, sözügedən meyvə qrip virusunun inkişafının qarşısını alır. Çiyələk yod çatışmazlığını da kompensasiya edir. Şəkərin miqdarını azaltdığı üçün çiyələyi şəkərli diabet xəstələrinin qidalanma rejiminə daxil edirlər.
Böyrək və sidik yollarının xəstəlikləri vaxtı bütün mövsüm ərzində çiyələkdən istifadə etmək tövsiyə edilir. Gün 400 qramadək çiyələk istehlak edə bilərsiniz.
Çiyələk təbii sidikqovan vasitəsidir və qaraciyərə sakitləşdirici təsir edir. Buna görə revmatizm və qaraciyərin xəstəlikləri vaxtı çiyələk pəhrizindən istifadə etmək tövsiyə edilir. Giləmeyvənin tərkibində olan salisil turşusu oynaqlarda ağrılar vaxtı da kömək edir. Çiyələk qan azlığı vaxtı dəmirin defisitini bərpa etməyə icazə verir.
Çiyələyin giləmeyvələri və onun yarpaqlarının həlimi maddələr mübadiləsini və təzyiqi normallaşdırır, yuxusuzluqdan azad edir. Çiyələk ateroskleroz və hipertoniya kimi xəstəliklərə qarşı əla profilaktik vasitədir.
Müəllif: Aysel Azad