Putin niyə hərbi parada heç bir dövlət liderini dəvət etməyib?

30-04-2022, 08:38           
Putin niyə hərbi parada heç bir dövlət liderini dəvət etməyib?
“Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Qələbə Günü münasibəti ilə Moskvada keçiriləcək hərbi parada heç bir dövlət liderini dəvət etməyib. Çünki bu, yubiley tarixi deyil”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Belarus Prezidenti Alekasndr Lukaşenko da mayın 9-da Moskvaya səfər etməyi planlaşdırmır.

Qeyd edək ki, keçmiş müttəfiq respublikalarının bəzilərində Qələbə Gününə həsr edilən parad keçirilməyəcək. Latviya Qələbə Günü əvəzinə Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynada həlak olanların xatirəsi günü kimi qeyd edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru