Azərbaycanda qüvvədə qalan karantin qadağaları - SİYAHI

1-05-2022, 16:26           
Azərbaycanda qüvvədə qalan karantin qadağaları - SİYAHI
Bu gündən ölkə ərazisində maska tələbi ləğv edilib. Bununla bağlı Nazirlər Kabineti aprelin 22-də qərar verib.

Maska tələbinin ləğv edilməsinə baxmayaraq, Azərbaycanda bəzi karantin qadağaları qalmaqdadır.

2020-ci il 28 fevral tarixindən tətbiq edilmiş xüsusi karantin rejimi hələ də davam edir. Onun vaxtı 1 iyul 06:00-dək uzadılıb.

Azərbaycanın quru sərhədləri hələ ki bağlıdır. 2020-ci il martın 4-də ilk olaraq İranla sərhəd iki həftəlik qapadıldı. Buna səbəb isə ölkə ərazisində ilk virusa yoluxmuş şəxsin (fevralın 28-də təsbit olunub – red.) İrandan gəlməsi idi. Sonra isə tədricən digər quru sərhədlər də qapandı.

2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin, iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmaları və ya iki COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edildi.

Fevralın 15-dən COVID-19 vaksininin ikinci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilmir. “Buster” doza vaksin olunmayanlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.) mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə buraxılmırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru