Ukraynada Rusiyanın 40-a yaxın qırıcısını vurduğu iddia edilən "Kiyev kabusu" adlı pilotun real olmadığı ortaya çıxdı

2-05-2022, 11:07           
Ukraynada Rusiyanın 40-a yaxın qırıcısını vurduğu iddia edilən "Kiyev kabusu" adlı pilotun real olmadığı ortaya çıxdı
Ukraynada Rusiya ordusuna məxsus 40-a yaxın döyüş təyyarəsini vurduğu iddia edilən və bu yaxınlarda dünyasını dəyişən “Kiyev kabusu” ləqəbli ukraynalı pilotun real olmadığı açıqlanıb.

Sözügedən pilotun 29 yaşlı mayor Stepan Tarabalka olduğu bildirilirdi. Rəsmilər Tarabalkanın medalla təltif edildiyini təsdiqləsə də, Ukrayna Hərbi Hava Qüvvələri “Kiyev Kabusu” obrazı ukraynalılar tərəfindən yaradılmış super qəhrəman əfsanəsidir” xəbərdarlığı edərək, Ukrayna xalqını dezinformasiyaya qarşı ayıq olmağa və məlumatı yayılmazdan əvvəl mənbələri yoxlamağa çağırıb.

Ukraynalı hərb tarixçisi Mixail Jiroxov “Kiyev Kabusu” hekayəsini “mənəvi əhval-ruhiyyəni yüksəltmək üçün aparılan təbliğat” kimi qiymətləndirərək, müharibənin əvvəlində Rusiya ordusunun Ukraynanın hava məkanını nəzarətə götürdüyünü, ona görə də ukraynalı bir pilotun sadəcə iki və ya üç təyyarəni vura biləcəyini deyib.

"Bu təbliğatın olması çox vacibdir, çünki silahlı qüvvələrimiz daha kiçikdir və çoxları onlarla (ruslarla) bərabər ola bilməyəcəyimizi düşünür. Müharibə zamanı bizə bu lazımdır", - Jiroxov bildirib.

Ukrayna Baş Qərargahı iki gün əvvəl bildirib ki, Rusiya indiyədək müharibədə 190 təyyarə və 155 helikopter itirib. Lakin müstəqil hərbi analitiklər Rusiyanın 26 təyyarə və 39 helikopter, həmçinin 48 pilotsuz uçuş aparatı (PUA) itirdiyini düşünür.
Mənbə: Bakixeber.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru