"Rusiya hər ay xam neftdən 23 milyard, təbii qazdan isə hər gün 390 milyon dollar əldə edir"
2-06-2022, 20:40
!["Rusiya hər ay xam neftdən 23 milyard, təbii qazdan isə hər gün 390 milyon dollar əldə edir"](/uploads/posts/2022-06/1654187977_1.jpg)
"Embarqo nə qədər sərt olsa da, Rusiyanın Ukraynadakı müharibəsini dayandırmayacaq"
1973-cü ilin "Qiyamət günü" müharibəsindən sonra ərəb dövlətləri neft silahından İsrailə dəstək verən Qərb dövlətlərini cəzalandırmaq üçün istifadə edib. Bu həftə Avropa İttifaqının 27 ölkəsi Rusiyanı Ukraynaya hərbi müdaxilə etdiyinə görə cəzalandırmaq üçün neft silahını özlərinə qarşı yönəldib.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Economist" jurnalı yazıb.
Avropa Rusiya nefti və neft məhsullarının alınmasına tədricən embarqo qoyulmasını nəzərdə tutan altıncı sanksiylar paketini qəbul edib. Embarqo ilin sonunadək tətbiq ediləcək, qadağa yanacağın boru kəmərləri ilə tədarükünə hələlik toxunmayacaq.
Nəticədə neftin qiyməti bir barrelə görə 120 dollara yüksəlib, bu da 2022-ci ilin martından ən yüksək səviyyə deməkdir.
Prinsipcə, bu, çox mühüm qərardır. Avropa İttifaqının birliyini nümayiş etdirmək və təcavüzkarı cəzalandırmaq üçün iqtisadi zərəri qəbul etməyə hazır olduğunu göstərməklə bərabər, bu, Kreml ilə son ticarət əlaqələrindən birinin kəsilməsi və Rusiya üçün xarici valyutanın ən mühüm mənbələrindən birinin dayandırılması deməkdir.
Avropa İttifaqı Rusiyadan xam neftin ən iri alıcılarındandır, onun ixracının yarısını təşkil edir. Lakin bu addım Moskvanın valyuta gəlirlərinin çox hissəsindən məhrum olunmasına şübhələr var. Embarqo yalnız tankerlərlə daşınan neftə aid edilib, bu, Rusiya ilə yaxın olan və "Drujba" boru kəməri ilə öz xam neftinin 65 faizini idxal edən Macarıstanın vetosunun qarşısını almaq üçün güzəşt deməkdir.
Həmçinin gözlənilir ki, Avropa İttifaqının bu qərarı neft bazarına məhdud təsir göstərəcək. Bir çox operatorlar Rusiya ilə ticarətə artıq embarqo qoyub, limançılar Rusiya neftini boşaltmaqdan imtina edir, iri neft şirkətləri öz nüfuzuna ziyan vurmamaq üçün onu almaq istəmir, sığorta şirkətləri isə Rusiyadan olan yükləri sığorta etməkdən imtina edir.
Rusiya nefti üçün alternativ satış bazarlarının tapılması böyük sual altındadır.
Hazırda Rusiya neftinin ixracı sanksiyalar tətbiq edildikdən sonra bu sanksiyalara qoşulmayan Hindistana çoxalıb. Polşa və Almaniya boru kəmərləri ilə neft alışının dayandırılması barədə elan edib.
Baxmayaraq ki, embarqo qismən və tədricidir, o, qiymətlərə təsir edir. Yanacağa olan tələb yüksəkdir, çünki koronavirus pandemiyası geri çəkilir, hökumətlər seçicilərini enerjinin qiymət artımının nəticələrindən qorumaq üçün addımlar atır.
Çində koronavirus məhdudiyyətlərinin zəiflıməsi son günlər həmçinin neftə tələbatı gücləndirib.
OPEK və müttəfiqləri, o cümlədən Rusiya bu mərhələdə hasilatı artırmaq niyyətində deyil.
Gözlənilir ki, bu gün, iyunun 2-də, təşkilat hasilatın tədricən koronavirus pandemiyadan öncəki səviyyəyədə artırılması planının dəyişilməsi barədə elan etməyəcək (hərçənd, Rusiyanın Səudiyyə Ərəbistanı və başqa ölkələrə əlavə miqdarda istehsalçı kimi əvəz edilməsi niyyəti barədə məlumatlar var).
Təklifin azalması və tələbin artması istehsalçılara təsir edəcək. Vəziyyət ABŞ-ın neft emalı gücünün catışmazlığı səbəbindən pisləşir, bu da dizel yanacağının və benzinin qiymətinin artması xam neftin qiymətlərindən daha çox artması ilə nəticələnir.
"The Economist"-in ekspertlərinin nəticəsi: ərəb boykotu Qərbə qısamüddətli ziyan vurub. Lakin o, həm də enerji səmərəliliyinin yüksəldilməsi üzrə addımlara rəvac verib, bu da nəticə etibarilə neftdən asılılığı azaldıb.
Bu gün Avropa hökumətləri ümid edə bilər ki, istehlakçılar üçün zərər qısamüddətli perspektivdə gələcəkdə enerji təhlükəsizliyində uduşa bərabər olacaq.
Avropa və Rusiya neftinin boykotu: boykotun təsir dərəcəsi aydın deyil
Avropa İttifaqının Rusiya neftinin boykotu barədə Brüsseldə qəbul etdiyi qərar Rusiyanın təavüzünə qarşı Ukraynada müharibənin üç aydan artıq müddətində ən kəskin addımdır.
Lakin nə qədər sərt olmasına baxmayaraq, bu, müharibəni dayandırmayacaq.
Zəruri razılığın alınması asan olmayıb. Bir neçə həftəlik debatlardan sonra Aİ liderləri Rusiya neftinin tankerlərlə tədarükünə embarqonu bəyənib, bu da neftin nəqlinin əsas üsuludur. Bir çox detallar hələ də aydın deyil.
Boykot müharibəyə və dərəcədə təsir göstərə bilər?
Rusiya Ukraynadakı müharibəni Rusiya ixracının əsas hissəsini təşkil edən xam neft, neft məhsulları və təbii qazdan gələn gəlirlər hesabına maliyyələşdirir. Lakin Rusiyanın energetika sektorundan asılılığına baxmayaraq, Avropa tərəfindən xam neftin idxalının dayandırılması kifayət qədər güclü zərbə demək deyil.
"Avropa Rusiya yanacağından asılıdır, amma anlamaq lazımdır ki, Rusiyadan enerjidaşıyıcıları idxalının böyük hissəsi qazdır, - bunu Yəhudi universitetinin beynəlxaq münasibətlər kafedrasının baş müəllimi doktor Qi Laron izah edib.
Bir tərəfdən, Aİ ölkələri xam neft hesabına Rusiyanın hər ay 23 milyard dollarlıq gəlirlərini təmin edir, deməli, boykot Rusiyaya və onun iqtisadiyyatına zərər vuracaq. Digər tərəfdən isə Rusiyanın gəlirlərinin böyük hissəsi Avropadan qaz tədarükünə görə daxil olur. Bu gəlirlər bir gündə təxminən 390 milyon dollar təşkil edir.
Bəs Avropanın özünə təsirlər nədən ibarət olacaq?
İdxalına embarqo qoyulan xam neft Avropaya xam neftin bütöv idxalının 27 faizini təşkil edir. Siyasətçilərin sözlərinə görə, iqtisadi dəyər yüksək olacaq.
Doktor Laron təsvir edib ki, Aİ Rusiya qazından asılılığı nə qədər güclü istəsə də, qısa müddətdə, bir neçə ay ərzində bunu etmək üçün atılan addım deyil.
"Qaz üçün neftə nisbətən daha çox infrastruktur lazımdır. Qazın xüsusiyyətləri başqadır. Əgər qaz sıxılıbsa, daha mürəkkəb infrastruktura malikdir. Avropanın, Fars körfəzi ölkələri və ABŞ kimi xeyli miqyasda belə infrastruktura malik deyil".
İstənilən halda boykot qüvvəyə minənədək demək olar ki, bu addımın Rusiya üçün gerçək nəticələri olacaq, amma həm də Avropa üçün də olacaq.
Rusiyanın enerjidaşıyıcılarından imtina edilməsi qıtlıq və energetika böhranı təhlükəsini artırır.
Təsadüfi deyil ki, avropalılar enerjidaşıyıcılarının alternativ ixracaatçıları ola biləcək ölkələrə birbaşa müraciət edib.