Hacı İbrahimin şirkətlərindən biri borca düşdü, digəri riskli vergi ödəyiciləri siyahısına daxil edildi

Bu gün, 00:00           
 Hacı İbrahimin şirkətlərindən biri borca düşdü, digəri riskli vergi ödəyiciləri siyahısına daxil edildi
İş adamı Hacı İbrahim Nehrəmliyə məxsus olan şirkət riskli vergi ödəyicilərinin siyahısına daxil edilib.
Bu, “Avesta Group Of Companies” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“Avesta Group Of Companies” 2017-ci ilin mayın 12-də dövlət qeydiyyatına alınıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçota alınıb.

Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 71 A ünvanında yerləşir.

Qeyd edək ki, Hacı İbrahim Nehrəmliyə məxsus “Avesta Konserni” isə riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsə də, külli miqdarda vergi borcu mövcuddur. Belə ki, hazırda şirkətin dövlət qarşısında 703 986.94 manat vergi borcu var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.