Tanınmış mini marketdən alınan qrildən qurd çıxdı VİDEO
Bu gün, 00:01

TEREF yazır ki, Sağlam Qidalanma və Qida təhlükəsizliyi Respublika Forumunun rəhbəri Məhsəti Hüseynova öz profilində sosial şəbəkə istifadəçii Sona İsmayılovanın paylaşdığı bu videonu paylaşaraq yazır:
"Belə məhsulu satmaqdan çəkinmirlər?! İnsan həyatı bu qədər ucuzdurmu? Bə bunu həmin satanların yaxınları da alıb yeyə bilər?! Niyə bu qədər MƏSULİYYƏTSİZLİK edirlər?! Məsul şəxslərin başı nəyə qarışıb?!"
TEREF olaraq videonu təqdim edirik:
Dəhşətli Mənzərə
(Gözlərimin şahidi)
Ərzaq məhsullarının keyfiyyəti insan sağlamlığının təməlidir. Təəssüf ki, bu təməl hər gün bir az da laxlayır, hətta uşaqların həyatını risk altına atır.
Bakıdakı tanınmış minimarketlərdən birindən alınan və içində təndir çörəkləri, müxtəlif un məmulatları ilə yanaşı “təndir qrili”nin də olduğu bəzəkli qablaşdırma bu dəfə sevinc yox, qorxu doğurdu.
Qonşuluqda yaşayan bir neçə uşaq bu qrili alıb qol-bud hissəsindən yeyiblər. Üstü bağlı, üzəri isə cəlbedici və iştahaaçan şəkildə bəzədilmiş bu məhsulu süfrəyə qoyub açdıqda, gözlənilməz bir dəhşətlə üzləşiblər. Kəskin üfunət iyi yayılıb, içərisində isə vıjıldayan qurdlar görünməyə başlayıb. Uşaqlar dərhal məhsulu tullayıblar, amma gec idi — bəziləri artıq yeyib, indi özlərini pis hiss edir, qusurlar və məhsulu aldıqları marketin məsul şəxs ilə əlaqə saxladılar.Məsul şəxs nə etsin onu orada açıq şəkildə saxlayan təndirçi xanımlar bilir nə zaman çıxıb bu qiril...Olar satmaq- bunu deyə düşünməli idi. Görünür onu evində uşağı yoxdur və cavabını Allah verər onun.
Bu hadisə sadəcə bir texniki qüsur deyil, bu – bir faciənin astanasıdır. Çünki bu məhsullar həmin tanınmış minimarketin içərisində yerləşən təndir bölümündə hazırlanır, təndir çörəyi ilə yanaşı birbaşa vitrində satılır. Belə olan halda insanın ağlına gələn ilk sual budur: bu dərəcədə nəzarətsizlik necə ola bilər? Bu qrilin bu vəziyyətə düşməsi üçün günlərlə orada qalması lazımdır. Bəs görəsən bu məhsullara gündəlik yoxlanış varmı?
Uşaqlar bu dəfə sadəcə iyrəndilər və qusmaqla canlarını qurtardılar. Bəs bu qurdlu ətin bədənə vuracağı fəsadlar nə qədər ola bilərdi? Qida zəhərlənməsi, bağırsaq infeksiyaları, parazitlər və daha betəri – nəticələr çox ciddi ola bilərdi.
İnsanların güvəndiyi, gündəlik alış-veriş etdiyi tanınmış marketlərin belə məsuliyyətsiz davranışı cəmiyyətdə etimadı məhv edir.
İstehlakçı hüquqları bu cür hallarda ciddi şəkildə qorunmalı, aidiyyəti qurumlar bu məhsulu satan mağazaya, məhsulu hazırlayan bölməyə və ümumi satış zəncirinə dərhal nəzarət tədbirləri görməlidir. Məhsulun vitrində gözəgəlimli olması heç nəyi dəyişmir – içində ölüm gizlənirsə, bu artıq cinayətdir!
Bu hadisə tək bir ailənin deyil, hamımızın problemidir.
Tələblərimiz sadədir:
Belə hallarda məsul şəxslərə cəza verilsin!
Gündəlik ərzaqlara nəzarət sistemi gücləndirilsin!
Xüsusilə market daxilində bişən məhsullara sanitar nəzarət tətbiq edilsin!
Uşaqların və ailələrin sağlamlığı təhlükəyə atılmasın!
Səssizlik lazım deyil – etiraz etməliyik! Çünki bu gün bu qurdlu qril, sabah kiminsə övladının həyatını poza bilər…
Lütfən cavabdeh qurumlar buna diqqət etsinlər və yoxlamalar ciddiyətini qorusun. Меньше