"İşsiz qalmışam, ər çörəyi yeyirəm" - Azərbaycanlı müğənnidən etiraf

3-07-2025, 00:06           
"İşsiz qalmışam, ər çörəyi yeyirəm" - Azərbaycanlı müğənnidən etiraf
Müğənni və aparıcı Xəyalə Manaflı maraqlı açıqlamalar verib.

İşsiz qaldığını etiraf edən sənətçi gileylənib.

"Qazana bilirəm ki? Hələ bir həyat yoldaşımı da sənətə gətirim? Nə qazanırsa həyat yoldaşım qazanır, mən də ər çörəyi yeyirəm", - o deyib.

Pul qazana bilməyən Manaflı necə dolandığını da açıqlayıb:

"İldə, ayda bir dəfə hansısa məkan dəvət edir. Mütəmadi məni dinləmək istəyən tamaşaçımın gələ biləcəyi məkan yoxdur. Mahnı yazdırmaq üçün sənətdən qazanmalısan. Efirə çıxıb özümü tanıtmaq üçün, səs-küy salmalıyam? Şou-proqramlara, toya dəvət alanların əksəriyyəti efirdə haray edənlərdir. 5 yaşımdan tamaşaçı gözü önündə böyümüşəm, elə edə bilmərəm. Qalmaqalı olanı, çox efirə çağırırlar. İnsanlar da onları izləyir və dinləmək üçün onların çıxış etdiyi məkana gedirlər".
Mənbə: publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru