Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 00:05           
Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Xəzər rayonu Mərdəkan qəsəbəsi qanunsuz tikinti həyata keçirilir.

XALQ-a daxil olan məlumata görə Mərdəkan qəsəbəsində icra hakimiyyətinə yaxınlığında parka gedən küçədə heç bir rəsmi icazəsi olmayan obyekt inşa edilir.

Xəzri küçəsinin inşa edilən bu qanunsuz obyektlə bağlı narazılıqlar yaranıb .

Ətrafda yaşayan sakinlərin narahatlığına səbəb olan tikinti barədə dəfələrlə yerli icra hakimiyyətinə müraciət etsələrdə heç bir tədbir görülməyib.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında tikinti ilə bağlı heç bir qeyd yoxdur.

İddialara görə Xəzər rayon icra hakimiyyətinin səlahiyyətli şəxsləri ilə “razılaşma” əsasında bu işlər görülür.

Qeyd edək ki, Xəzər rayonu ərazisində belə qanunsuz tikintilər ilk dəfə deyil. Məsələ ilə bağlı rayon Xəzər rayonu icra hakimiyyətindən və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıqlama almaq mümkün olmadı.

Qurumların mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru