“Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər” - Hərbi ekspert

24-06-2022, 09:08           
“Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər” - Hərbi ekspert
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Litvada müharibəyə başlaya bilər - Suval dəhlizini nəzarət altına almaq üçün. Bu dəhliz Kalininqrada yol açır. Onun fəaliyyəti NATO-nun dağılmasına gətirə bilər.

Bu barədə «Freedom» marafonu efirindən hərbi ekspert Mixail Samus danışıb.

Belə ki, alyans üzvü olan ölkəyə hücum və ərazilərin gələcəkdə ələ keçirilməsi NATO üçün kollektiv müdafiə barədə 5-ci maddənin reallaşdırılmasına bir siqnal olar.

Amma bu, yalnız Şimali Atlantika Alyansının bütün üzvlərinin dəstəyi ilə mümkün olar. Amma Ukraynada müharibə göstərdi ki, bütün ölkələr Rusiya ilə birbaşa qarşıdurmaya getməyə hazır deyil ki, bu da 5-ci maddənin bloklanmasına gətirir.

«Putin bilir ki, belə ölkələr mövcuddur, həmin Almaniya və ya Macarıstan, mümkündür ki, Fransa, hansı ki, Rusiya ilə müharibə istəmirlər. Onlar anlayırlar ki, bu müharibəyə hazır deyillər» - ekspert izah edib.шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.