Binance “Simple Earn” xidmətinə eksklüziv bonusla çıxışı açır

Bu gün, 17:14           
Binance “Simple Earn” xidmətinə eksklüziv bonusla çıxışı açır
Ticarət həcminə görə dünyanın aparıcı blokçeyn ekosistemi və ən böyük kriptovalyuta birjası olan Binance Simple Earn məhsulu çərçivəsində Azərbaycan istifadəçiləri üçün xüsusi təklifin işə salındığını elan edir. Yeni alət Azərbaycan sakinlərinə rəqəmsal aktivlərdən sadə və təhlükəsiz mexanizmlər vasitəsilə passiv gəlir əldə etmək imkanı verir.
26 avqust-26 oktyabr 2025 tarixləri arasında Simple Earn xidmətində ilk dəfə USDT Flexible abunəliyinə qoşulan yeni istifadəçilər 5 gün ərzində 200 USDT-yə qədər məbləğə 20% illik gəlir (APR) şəklində eksklüziv bonus əldə edə biləcəklər.

Simple Earn – rəqəmsal aktivlər dünyasında yoluna yeni başlayan istifadəçilər üçün sadə və şəffaf alətdir. Bu xidmət aşağıdakı imkanları təqdim edir:

● gündəlik gəlir;

● aktivlərin çevik şəkildə idarə olunması (abunə və məhdudiyyətsiz vəsaitlərin çıxarılması);

● ənənəvi alətlərlə müqayisədə (harada ki, faiz dərəcələri əksər hallarda daha aşağıdır) gəlirliliyin qiymətləndirilməsi.

«Binance investisiya imkanlarını hər kəs üçün əlçatan edir. Simple Earn vasitəsilə Azərbaycandakı istənilən istifadəçi mürəkkəb sazlamalar və risklər olmadan, təhlükəsiz və rahat formada passiv gəlir əldə edə bilər. Biz göstərmək istəyirik ki, rəqəmsal aktivlər yalnız treydinq aləti kimi deyil, həm də klassik maliyyə məhsullarına sadə alternativ kimi fəaliyyət göstərə bilər. Bizim üçün vacibdir ki, Azərbaycandakı Binance istifadəçiləri maliyyə savadlılığının artırılmasına kömək edən və uzunmüddətli planlaşdırma üçün yeni imkanlar açan şəffaf və müasir həllərə çıxış əldə etsinlər. Biz əminik ki, Simple Earn kimi məhsullar kriptovalyutaları gündəlik həyatda daha anlaşılan və faydalı edəcək», deyə Binance-in MDB, Mərkəzi və Şərqi Avropa, eləcə də Afrika üzrə Regional Bazarlarının rəhbəri Kirill Xomyakov bildirib.

Təklif məhdud müddət üçün qüvvədədir və yalnız Simple Earn xidmətinin yeni istifadəçilərinə şamil olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru