“Google” virtual eynəklərini küçələrdə sınaqdan keçirəcək

21-07-2022, 12:14           
“Google” virtual eynəklərini küçələrdə sınaqdan keçirəcək
“Google” ABŞ küçələrində artırılmış reallıq eynəklərini sınaqdan keçirməyə başlayacaq.

Şirkətdən verilən məlumata görə, eynəklərin prototipi ictimai yerlərdə və dövlət müəssisələrində sınaqdan keçiriləcək.

Proses zamanı tərcümə və videoçəkiliş funksiyasının yeni cihazda real şəraitdə necə işləyəcəyi yoxlanılacaq.

İddialara görə, sınaq planlarını açıq elan etməklə şirkət məxfilik problemlərinin qarşısını almağa çalışır.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru