ABŞ-da ilk dəfə olaraq insan beyninə daimi implant yeridildi

21-07-2022, 12:34           
ABŞ-da ilk dəfə olaraq insan beyninə daimi implant yeridildi
Nyu-Yorkda 48 yaşlı iflic xəstənin beyninə rəqəmsal cihazları telepatik yolla idarə etməyə imkan verəcək dörd santimetrlik çip yerləşdirilib.

Bu, amiotrofik sklerozdan əziyyət çəkən və iflic olan bir şəxsə daimi beyin-kompüter interfeysinin ilk implantasiyasıdır.

İmplant “Neuralink”in rəqibi olan “Synchron” tərəfindən hazırlanıb.

Ekspertlərin fikrincə, cihaz artıq İlon Maskın beyin implantlarını qabaqlayır.

İmplantın interfeysində beyin fəaliyyətinə nəzarət edən və insanın nəyisə düşündüyü zaman neyronların fəaliyyətini qeydə alan 16 elektrod var. Cip xəstənin sinəsinə implantasiya edilmiş başqa bir cihaza birləşdirilir. Yeni texnologiya sayəsində insan beyindən gələn siqnalları kompüter və ya smartfon kimi rəqəmsal cihazlara ötürə və beləliklə, onları idarə edə biləcək.

Mənbə: korrespondent.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru