Erməni kəşfiyyatçılar çoban paltarında sərhədimizi keçmək istədilər... - BU NƏDİ BELƏ?

22-07-2022, 11:37           
Erməni kəşfiyyatçılar çoban paltarında sərhədimizi keçmək istədilər... - BU NƏDİ BELƏ?
Dünən axşamdan etibarən Azərbaycan-Ermənistan sərhəddində gərginlik yaşanır. TEREF.AZ-ın bildirdiyinə görə, JAMAZ.İNFO Ermənistanda nəşr olunan “Past” qəzetinə istinadən xəbər verir ki, buna səbəb bir qrup erməni kəşfiyyatçısının əsgərlərimizin tələb və xəbərdarlıqlarına məhəl qoymadan dövlət sərhəddimizi keçməyə cəhd etmələridir.

Belə ki, Ermənistanın Talin kəndi (Çinarlı) istiqamətində bir qrup kəşfiyyatçı çoban geyimində axşam saatlarında sərhəddi keçməyə cəhd göstərib. Üstəlik, inandırıcı olsun deyə, özləri ilə Talin kəndinin sakinlərinə məxsus mal-qaradan da istifadə ediblər.

Onlara xəbərdarlıq edən Azərbaycan Ordusunun əsgərləri geri qayıtmalarını əmr edib. Lakin “çoban”lar xəbərdarlığa məhəl qoymayıb və sürüləri ilə birlikdə Laçın-Kəlbəcər istiqamətində hərəkət etməyə cəhd göstəriblər. Hərbçilərimiz erməni “çoban”ları saxlamaq üçün addım ataraq, onlardan 3-nü saxlayıblar.

Məlumatda deyilir ki, məsələdən xəbər tutan Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə danışıqlar aparıblar. İlk olaraq mal-qaranın buraxılmasına nail olunub. Daha sonra isə “çoban”lar ruslara təhvil verilib.

Qeyd edək ki, 168.am saytı isə başqa bir iddia ilə çıxış edib. Saytın iddiasına görə, erməni “çoban”ları saxlayan Azərbaycan əsgərlərinin sayı üç nəfər olub. Onların guya, erməni dilini mükəmməl bilirmiş. Əsgərlərimizin Talin kəndində gizləndiyi, hazırda isə guya, erməni polisinin onları axtardığını, kənd əhalisinə isə evlərindən çıxmamaq barədə xəbərdarlıq olunduğunu da sayıqlayıblar.

Hərbi mənbələrimizdən aldığımız məlumata görə, erməni tərəfinin məlumatı başdan-ayağa təhrif olunmuş, özlərini “günahsız” göstərmək cəhdidir. Məlumata görə, erməni kəşfiyyat qrupu dünən axşam saatlarında sərhəddimizi keçməyə cəhd göstərib və onların qarşısı qətiyyətlə alınıb. Nəticədə, üç erməni “çoban”-kəşfiyyatçı saxlanılıb. Rusların vasitəçiliyi ilə bir sutka sonra onlar sərbəst buraxılıb. Azərbaycan əsgərlərinin Talin kəndinə girdiyi, orada saxlandığı barədə deyilənlər isə yalandan başqa bir şey deyil.

Qeyd edək ki, rəsmi qurumlar hələlik bu barədə hər hansı açıqlama verməyib.

Xatırladaq ki, Ermənistan tərəfi Kəlbəcər, Laçın və dövlət sərhəddimizin digər istiqamətlərində mütəmadi olaraq təxribatlara əl atır, atəşkəs razılaşmasını kobud şəkildə pozurlar. Bu hadisə də həmin təxribatlardan biridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.