Avropada istilər rekord həcmdə meşə sahəsini məhv edib

15-08-2022, 11:44           
Avropada istilər rekord həcmdə meşə sahəsini məhv edib
Anormal istilər Avropada 660 min hektar meşə sahəsini məhv edib.

Bu, indiyədək qeydə alınmış ən yüksək göstərici olub.

Avropa Meşə Yanğınları İnformasiya Sisteminin (EFFIS) məlumatına görə, bu il yanğınlar təkcə Aralıq dənizi ölkələrində deyil, Avropanın digər regionlarında da baş verib.

Ən böyük meşə sahələri İspaniyada (225 min hektar), Rumıniyada (150 min hektar) və Portuqaliyada (77 min hektar) məhv olub.

Mənbə: korrespondent.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru