Neft şirkəti olan “Karasu Operating Company” gömrük məsələsinə görə - CƏRİMƏLƏNİR

14-09-2022, 10:47           
Neft şirkəti olan “Karasu Operating Company” gömrük məsələsinə görə - CƏRİMƏLƏNİR
Neft şirkəti olan “Karasu Operating Company” gömrük məsələsinə görə
Kayman Adalarının “Karasu Operating Company” Şirkətinin filialı barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

TEREF.AZ Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “Karasu Operating Company” şirkəti “Mishovdagh” və “Kalamaddin” neft yataqlarının tədqiqatı və inkişafında iştirak edir. Şirkət Bakıda fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru