"Gözlədiyimdən də pis yerdəyik" - Bill Qeytsdən xəbərdarlıq
15-09-2022, 18:07

Dünyanın ən zəngin adlarından biri olan Bill Qeyts Ukraynadakı müharibənin və qlobal iqtisadi böhranın dünyanın iqlim dəyişikliyi ilə üzləşməsinə mane olduğundan narahatlığını ifadə edib.
Bizimyol.info xəbər verir ki, “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts bu barədə “New York Times”a danışıb.
"Ukraynadakı müharibə və qlobal iqtisadi problemlərin diqqəti iqlim dəyişikliyindən yayındırdığını və bunun ən qorxulu şeylərdən biri olduğunu nəzərə alsaq, indi biz gözlədiyimdən də pis yerdəyik", - deyə “Microsoft”un qurucusu qeyd edib.
“New York Times”ın əməkdaşı isə Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildə ilk dəfə açıqladığı hədəflərin demək olar ki, heç birinin onlara çatmaq yolunda olmadığına diqqət çəkib.
Qeyts, həmçinin iqtisadi çətinliklərə, qlobal tənəzzül ehtimalına, inflyasiyaya əsaslanan faiz dərəcələrinin artmasına və yüksək borc səviyyələrinə iqlim dəyişikliyinin ictimaiyyətin nəzərində əhəmiyyətini azaldacaq şeylər kimi qeyd edib. "Bu, çox böyük bir şeydir - müdafiə xərcləri, elektrik xərcləri, qaçqın xərcləri, gübrə xərcləri dünyanı məşğul edib. Epidemiyanın zirvəsində müharibə və indi artan faiz dərəcələri, hər yerdə yüksək borc səviyyələri hazırda ön planda olan bunlardır. Növbəti beş il dünyanın diqqətini iqlim problemlərinə cəlb etmək çətin olacaq. Çünki bu problemin öyrənilməsinə sərf ediləcək pul, bu gün müharibədə istifadə olunan silah bazasını yeniləməyə yönəldiləcək. Planeti fəlakətə aparan uşrum isə daha da dərinləşir", - deyə Qeyts bildirib.
Sosial mediada peyvəndlə bağlı dezinformasiya və epidemiya başlayandan bəri sui-qəsd nəzəriyyəçiləri tərəfindən peyvəndlə çip düzəltmək ittihamlarına cavab verən Qeyts: “Sizin, mənim və Tony Fauci kimi insanlar çoxlu saxta ittihamlara məruz qalmışlar. Bu qədər gözləmirdim. İnsanların qoluna çip taxmağımın mənası yoxdur. Niyə bunu edim?", - deyə Bill Qeyts bildirib.