Rus ordusunun qırıcısı və ehtiyat məntəqələri məhv edildi - Baş Qərargah

17-09-2022, 12:39           
Rus ordusunun qırıcısı və ehtiyat məntəqələri məhv edildi - Baş Qərargah
Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus SU-24 təyyarəsini, üç qanadlı raketini və bir pilotsuz uçan aparatını məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Açıqlamada o da qeyd olunur ki, ötən gün ərzində Ukrayna ordusu müxtəlif istiqamətlərdə Rusiyanın ehtiyat məntəqələrini məhv edib.

Rusiya ordusu Ukraynaya müharibə elan edəndən bəri ən azı 5800 hərbi texnika itirib. Bunlardan 3668-i məhv edilib, 136-sı zədələnib, 303-ü tərk olunub, 1693-ü isə qənimət kimi götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru