Kral III Çarlz bu qədər medalı necə qazanıb? - Heç bir müharibədə iştirak etməyib...
18-09-2022, 00:01

Kraliça II Elizabetin vəfatından sonra onun böyük oğlu III Çarlz Böyük Britaniya və Şotlandiyanın yeni kralı olub.
Mərasimlərdə və dövlət tədbirlərində çox vaxt hərbi formada olan Çarlz, üzərində gəzdirdiyi müxtəlif medallar və ordenlərə görə hər kəsdə “müharibə adamı” imici formalaşdırıb. Hər kəs onun vaxtilə böyük müharibələrdə iştirak etdiyini və döyüşlərdəki şücaətlərinə görə təltif edildiyini düşünür. Məlumdur ki, hərbçilər müharibədəki mühüm nailiyyətlərindən sonra lentlər, döş nişanları və medallar alırlar. Ancaq maraqlıdır ki, Britaniya donanmasında və hərbi hava qüvvələrində xidmət edən Çarlz indiyə qədər heç bir müharibədə iştirak etməyib.
Bəs kral bu qədər medalı necə qazanıb?
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, o, bu medalları müharibə və ya hər hansısa bir münaqişə zamanı qazanmayıb. Bu medallar ona müxtəlif səbəblərə görə verilib. Məsələn, Çarlzın yaxasındakı medallardan bəziləri anası II Elizabetin 30 və 50 illik yubiley tədbirləri zamanı verilib. Çarlz anasının taxta çıxması və kraliça kimi davam edən hakimiyyətini qeyd etməsi kimi hadisələrlə bağlı da medallar alıb. Yəni Çarlz bu medallara yubileylərdə, müxtəlif mərasimlərdə və müqəddəs günlərdə yiyələnib.
Kralın medallarının təsviri belədir:
- Kraliçanın Xidmət Ordeni (Yeni Zelandiya);
- Tacqoyma medalı;
- Gümüş yubiley medalı;
- Qızıl Yubiley medalı;
- Brilyant yubiley medalı;
- Dəniz Qüvvələrinin Uzun Xidməti Yaxşı Davranışı (LSGC) (Üç əlavə xidmət çubuğu) - Kanada Qüvvələrinin Dekorasiyası (üç əlavə xidmət çubuğu);
- Yeni Zelandiya Xatirə Medalı;
- Yeni Zelandiya Silahlı Qüvvələri Mükafatı.
Kral həmçinin “Fəxri xidmətə görə” orden, “Qarter” ordeni və “Thistle” ordeni taxır. Bundan əlavə, onun formasında “cəngavərliyi” ifadə edən ortasında “Müqəddəs Georgi” xaçı olan böyük gümüş ulduz var. III Çarlz Uels şahzadəsi olarkən, ordu generalı, donanma admiralı və RAF marşalı kimi, dörd ulduzlu general rütbəsinə yüksəlib.