"TikTok"suz qala bilmədik... - Ekspertin yaydığı FOTO şok yaratdı

18-09-2022, 10:01           
"TikTok"suz qala bilmədik... -
Azərbaycanlı "Tiktok" istifadəçiləri "Google Play" trendində inanılmaz mənzərə yaradıblar.
Bakupost.az xəbər verir ki, bu barədə İT mütəxəssisi, tanınmış texnobloqer Fərid Pərdəşünas bildirib.
"Sadəcə "TikTok"un bloklanması kütləvi şəkildə VPN istifadəsini artırdı. Top 45-də 33 ədəd VPN tətbiqi trenddədir. Top 10 hamısı VPN-dir. Dəhşətli rəqəmdir. "TikTok" istifadəçiləri lazımi bloklama qərarını heçə sayaraq VPN-lərə üz tutublar. Bu bir daha göstərir ki, Azərbaycanda "TikTok" istifadəsi yüksək həddədir və digər platformaları çox asan qabaqlayacaq", - deyə ekspert vurğulayıb.

O qeyd edib ki, "TikTok" dezinformasiya və həsas görüntülərin yayılmasının və sonra bunun bizə qarşı istifadə olunmasının qarşısını almaq məqsədilə bloklanmışdı: "Lakin görünən odur ki, bəzi "TikTok" istifadəçiləri bu qərara hörmətlə yanaşa bilmədilər".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru