“AYIB OLSUN SƏNƏ, HÜSEYNBALA!” – “Mənim sayəmdə müdrikliyin zirvəsində oturmusan...” (VİDEO)

20-09-2022, 00:09           
“AYIB OLSUN SƏNƏ, HÜSEYNBALA!” –
“Hüseynbala Mirələmov! Sənin mənim zənglərimə cavab verməməyin, telefonlarımı söndürməyin məndə təəssüf hissi doğurur”.

“AzPolitika.info” xəbər verir ki, bunu yazıçı-filosof Əlisa Nicat “Kanal 13”-ün canlı yayımında çıxış edərkən deyib.

Yazıçı bir aydan artıqdır Hüseynbala Mirələmovla əlaqə qura biməməsindən şikayətlənib: “Biz 30-35 ildir ki, bir-birimizi tanıyırıq. Mən bilmirəm, sən niyə belə edirsən. Ancaq sənin bu hərəkətlərini özümə təhqir kimi qəbul edirəm və bundan inciyirəm. Axı bu sənə yaraşmır”.

“Mənə elə gəlir ki, sən mənim sayəmdə müdrikliyin zirvəsində oturmusan. Elə deyilmi? Yaraşırmı sənə? Sən nə qədər kitabların müəllifisən - “Cəza”, “Qayada çiçək”, “Sonuncu Fateh”. Bunların hamısı sənin əsərlərindir. 20-30-dan çox belə kitabın müəlifi olan bir adam öz dostunun zənglərinə cavab vermir. Hələlik, çox sağol!”, - yazıçı şikayətlənib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru