Azərbaycanın xaricdəki səfirliklərinə asanlıqla hücumlar edilir - Bakıdakı diplomatik korpuslar necə qorunur? - VİDEO

19-09-2022, 23:10           
Azərbaycanın xaricdəki səfirliklərinə asanlıqla hücumlar edilir -
Son günlər radikal erməni qüvvələri Azərbaycanın xarici ölkələrdəki səfirliklərini hədəfə alıblar.

Yenicag.az-ın məlumatına görə, ermənilər Azərbaycanın diplomatik korpuslarına asanlıqla hücumlar edirlər.

Bəs xaricdə Azərbaycan səfirliklərinə qarşı asanlıqla hücumların təşkil olunduğu vaxtda Bakıdakı diplomatik korpuslar necə qorunur?

“Xəzər Xəbər”in əməkdaşları Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Fransanın ölıkəmizdəki səfirliklərinin mühafizəsi ilə maraqlanıb.

Məlum olub ki, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təhlükəsizliyi ciddi və yüksək səviyyədə qorunur.

Azərbaycan dövləti ölkədəki 65 səfirlik, 4 baş konsulluq və 11 fəxri konsulluğu ən yüksək səviyyədə qoruyur. Onlar özlərinə qarşı hər hansı bir təhdid- təzyiq hiss etmirlər. Lakin nədənsə həmişə ali dəyərlərdən danışan, beynəlxalq huququ rəhbər tutan Qərb isə bir anda sukuta qərq olur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru