Qubada qəzalı məscid bərpa olunacaq? - AÇIQLAMA

20-09-2022, 08:06           
Qubada qəzalı məscid bərpa olunacaq? - AÇIQLAMA
Sosial şəbəkələrdə Quba rayonunun Qırız kəndində yerləşən qədim Əbu Müslim məscidinin dağıntıya məruz qalmasıyla bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər ki, Quba rayonunun Qırız kəndində yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi reyestrə daxil olan məscid qəzalı vəziyyətdədir.

Bir müddət öncə Dövlət Xidmətinin əməkdaşları həmin ərazidə olub və məscidin hazırkı vəziyyətini qeydə alıblar.

Məscidin bərpa-konservasiya olunması məqsədilə investisiya siyahısına salınması üçün təkliflər hazırlanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru