Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

20-09-2022, 12:54           
Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO
“Hubble” kosmik teleskopu Buğa bürcündə yerləşən IRAS 05506+2414 parlaq ulduzunun şəklini çəkib.

Foto “Wide Field Camera 3” ilə çəkilib.

Məlumata görə, ulduz Yerdən 9 min işıq ilindən çox məsafədə yerləşir. Astronomların qeyd etdiyi kimi, kosmik obyekt nəhəng gənc ulduz sisteminin məhv edilməsi nəticəsində yaranan partlayışın bir nümunəsidir.

Şəkildə göründüyü kimi, ulduzdan gələn toz və qaz dumanı mərkəzdən xaricə doğru yönəlir.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru