Dünyada altıncı kütləvi məhv olmanın qarşısını alacaq yeni ümid - FOTO/VİDEO

21-09-2022, 11:24           
Dünyada altıncı kütləvi məhv olmanın qarşısını alacaq yeni ümid - FOTO/VİDEO
Dünyada ilk klonlaşdırılmış vəhşi qütb canavarı doğulub.

Bu barədə Çinin “Sinogene Biotechnology Co.” biotexnologiya şirkətinin baş direktoru Mi Tszidun xəbər verib.

Onun sözlərinə görə, çinli tədqiqatçılar nəsli kəsilməkdə olan canavarı xilas etmək üçün 2020-ci ildən bəri qütb heyvanları üzrə ixtisaslaşan “Harbin Polarland” okeanariumu ilə əməkdaşlıq edirlər.

Məlumatda bildirilir ki, donor hüceyrələr Kanadadan gətirilən vəhşi dişi qütb canavarının dəri nümunəsindən əldə edilib. Klonlama təxminən iki il çəkib.


Mütəxəssislər hesab edirlər ki, dünyada ilk klonlaşdırılmış vəhşi Arktika canavarının doğulması biomüxtəlifliyin, həmçinin nadir və nəsli kəsilməkdə olan heyvanların qorunması üçün böyük əhəmiyyət kəsb edən klonlaşdırma texnologiyasının tətbiqində mühüm mərhələdir.

Xatırladaq ki, bir müddət əvvəl alimlər 2050-ci ilə qədər Yer kürəsində heyvanların altıncı kütləvi yoxa çıxmasının baş verə biləcəyi, hətta bəzi növlərin demək olar ki, 40%-nin məhv olacağı barədə xəbərdarlıq ediblər.
Mənbə: Global Times












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.