Qadın etirazçılar örpəklərini ATƏŞƏ VERDİLƏR - VİDEO

21-09-2022, 14:21           
Qadın etirazçılar örpəklərini ATƏŞƏ VERDİLƏR - VİDEO
İranın Təbriz, Tehran, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərlərində insanlar “Təbriz ayaqda! Azadlıq, ədalət, milli hökumət!” şüarları səsləndirib hicaba qarşı etiraz aksiyaları keçirirlər.

Teref.az Lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda qadınlar etiraz əlaməti olaraq, çadra və hicablarını yandırırlar.

Bu videoda da qadınlar tonqalın ətrafında rəqs edib örpəklərini odun içinə atırlar. Video sosial şəbəkə istifadəçilərinin xeyli reaksiyasına səbəb olub..

Bundan başqa, son günlər "Twitter"də #Iranprotests2022 , #MashaAmini , #IranRevolution2022 kimi həştəqlər çox populyarlaşıb.

Xatırladaq ki, bir neçə gün öncə İranın “Əxlaq” polisi tərəfindən Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qızın hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilməsinə qarşı bütün ölkə ərazisində əhali etiraz yürüşləri keçirir. Polis etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə edir. Hazırda bu səbəbdən ölkənin bir neçə şəhərində etirazlar davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.