Dünyada meymunçiçəyinə yoluxanların sayı 62 mini ötüb

23-09-2022, 12:54           
Dünyada meymunçiçəyinə yoluxanların sayı 62 mini ötüb
Yanvar ayından bəri dünyada meymunçiçəyinə yoluxanların sayı 62 mini keçib, 23 nəfər ölüb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus cümə axşamı Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Təşkilat rəhbərinin sözlərinə görə, həftəlik qeydə alınan halların sayı azalır ki, bu da ümidləndirici tendensiyadır.

Qebreyesus dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizəni effektivliyini sübuta yetirən vasitələrlə davam etdirməyə çağırıb.

Qeyd edək ki, çərşənbə günü dərc olunani məlumat cədvəlinə əsasən, sentyabrın 12-dən 18-dək dünyada 3794 yeni meymunçiçəyi halı qeydə alınıb ki, bu da əvvəlki yeddi günlə müqayisədə 22% azalma deməkdir. Ötən həftə ən böyük azalma Avropa regionunda (mənfi 81%) və Amerikada (mənfi 42%) qeydə alınıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru