Rusiyanın Gürcüstanla sərhədində 2 000 minik avtomobildən ibarət sıra yarandı - VİDEO
24-09-2022, 11:18

Rusiyanı tərk etmək istəyənlərdən 2 minə yaxın minik avtomobili Rusiyanın Gürcüstanla sərhədindəki keçid məntəqəsinin qarşısında toplanıb.
Bu barədə Rusiyanın Şimali Osetiya Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Şimali Osetiya-Alaniya Respublikası ərazisində Şimali Osetiya-Alaniya Respublikasına gələn və Yuxarı Lars keçid məntəqəsindən keçmək üçün növbə gözləyən 2 000-ə yaxın yüngül avtomobilin xeyli sayda yığılması müşahidə olunur”, - məlumatda bildirilib.
Şimali Qafqaz Gömrük İdarəsinin saytındakı məlumata görə, son üç gündə Rusiyanı tərk etmək istəyənlərin sayı artıb. Sentyabrın 20-də, Moskva vaxtı ilə saat 06:00-da Rusiya tərəfində keçid məntəqəsinin qarşısında maşın növbəsi yaranmayıb. Ümumilikdə bu tarixdə gündə 1 353 avtomobil buraxılıb. Sentyabrın 21-də, Moskva vaxtı ilə saat 06:00-da keçid məntəqəsinin qarşısında artıq 50 avtomobil olub, 1 261 nəqliyyat vasitəsi Rusiyanı tərk edə bilib.
Bildirilib ki, hazırda yük avtomobillərin sayı 1 231 ədəddir. Yük maşınlarının sürücüləri elektron növbəyə uyğun hərəkət edirlər.
Qeyd edək ki, sentyabrın 21-dən sosial şəbəkələrdə avtomobil növbəsinin artması ilə bağlı məlumatlar yayılmağa başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, Rusiyanı tərk etmək istəyənlərin sayı artmaqda davam edir.