İranda İlon Maskın peyk interneti bloklandı

25-09-2022, 11:47           
İranda İlon Maskın peyk interneti bloklandı
İran hökuməti “Space-X”in peyk interneti ilə mübarizə məqsədilə ölkədəki bir çox operatorlar üzərindən “Starlink”in saytına girişi bağlayıb.

“SpaceX” və “Starlink” şirkətlərinin baş direktoru İlon Mask Amerika dövlət katibi Entoni Blinkenin İran xalqının internet xidmətlərinə çıxışını genişləndirmək üçün lisenziya verilməsi ilə bağlı tvitinə cavab olaraq yazıb ki, o, İranda “Starlink” peyk internetini aktivləşdirir.

Araşdırmalar göstərir ki, dünən gecədən etibarən İranda bir çox mobil və stasionar operatorlarda IP dəyişdirmə alətlərindən istifadə etmədən “Starlink” saytına daxil olmaq mümkün deyil.

Mənbə: Azad İran












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru