Kirilllə Allahşükürün fərqi

26-09-2022, 15:58           
Kirilllə Allahşükürün fərqi
Mənə maraqlı gələn odur ki, xristian dinində də əslində şəhidlik anlayışı var. İncildə bu məfhum “martydom” olaraq keçir və inancı uğrunda ölən şəxsə “marti” deyilir. Xristian inancına görə, ən böyük "marti" (şəhid) İsadır və o, özünü bütün bəşəriyyət üçün fəda edib. Möminlərin dinləri uğrunda çəkdikləri əziyyət və ölüm də İsanın bu fədakarlığına bənzəyir.
Bəs, niyə onda Putindən müharibəni təbliğ etmək barədə əmr alan patriarx Krill rusları açıq şəkildə “marti” olmağa çağırmayıb? Əksinə, söylədiyi vəzin başında ruslarla Ukraynalıların qardaş olduğunu, qardaş qanının tökülməsini arzulamadığını bildirib. Axırda isə vətəni müdafiənin bir borc olduğunu, bu yolda ölənlərin günahının yuyulacağını bildirib? Yəni binəva ruslara birbaşa yox, dolayısıyla cənnət vəd edib. Halbuki bizim mollar kimi, “şəhid (marti) olacaqsınız” desəydi, muradına çatardı.
Görünür, patriarx Krill Ukraynanın işğalına müqəddəslik donu geyindirməkdən utanıb. Cəhənnəm yenə, bizim Allahşükürdən fərqli olaraq, Krill əfəndi 30 il partiarxlıq etdikdən sonra vicdanın nə demək olduğunun fərqinə varıb.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.