Moskva sakini sərhədi keçmək üçün səkkiz saat piyada gedib

27-09-2022, 11:25           
Moskva sakini sərhədi keçmək üçün səkkiz saat piyada gedib
Rusiyanın Moskva şəhərinin sakini Artyom S. sərhədi keçmək üçün səkkiz saat piyada getməli olub. O, sentyabrın 25-də Orenburq vilayətinin Akbulak kəndi yaxınlığında Qazaxıstanla sərhədi keçib və hazırda Aktobe (keçmiş Aktyubinsk) şəhərindədir.

Artyom bildirib ki, bu müddət ərzində 30 kilometr məsafə qət edib.

“Təyyarə ilə Orenburqa uçdum, oradan maşın götürdüm. Taksi sürücüsü məni sərhəddən 30 kilometr aralıda düşürdü. Oradan o tərəfə getmək mümkün deyildi, hətta qarşı yola çıxsan belə. Səkkiz saat piyada getdim, çox yoruldum, ayaqlarım sızıldayır. Ancaq sərhədi cəmi iki saata keçdim”, - deyə Moskva sakini qeyd edib.

Onun sözlərinə görə, Orenburq vilayətində Qazaxıstanla sərhədə böyük insan axını var. Eyni zamanda sərhədi keçməyə müvəffəq olanlar istədikləri yerə getmək üçün dərhal nəqliyyat tapa bilirlər.

“İnsan axını böyükdür, 10-15 nəfərlik qruplarla buraxırlar. Sərhəd nəzarəti küçədə, sərhəd mühafizəçisinin oturduğu kiçik köşkün yanında həyata keçirilir. Başqa bir sərhədçi növbəyə nəzarət edir. Mən heç vaxt belə bir şey görməmişdim. Yalnız səfərin məqsədini soruşdular. Təbii ki, turizm dedim. Əşyaları yoxlamadılar. Qazaxıstan tərəfdə tıxac və taksilərlə bağlı problem yoxdur. Dərhal boş yerlərin qaldığı hotellərə transfer təklif olunur. Taksi sürücüləri hotel administratorları ilə birlikdə işləyirlər. Seçim elə də geniş deyil, hər yeri hərbi yaşda olan Rusiya turistləri tutublar”, - deyə o bildirib.

Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.