"Hərbi geyimdə, əlində avtomat, tankın üstündə şəkil çəkdirməklə heç kəs vətənpərvər olmur" - ETİRAZ

27-09-2022, 18:42           
"Hərbi geyimdə, əlində avtomat, tankın üstündə şəkil çəkdirməklə heç kəs vətənpərvər olmur" - ETİRAZ
"Hərbi geyimdə, əlində avtomat, tankın üstündə şəkil çəkdirməklə heç kəs vətənpərvər olmur"
"Mən də şəhid ailəsiyəm, amma buna görə heç vaxt yardım istəməmişik".

TEREF.AZ xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında müğənni Təranə Qumral deyib.

O, müharibə dövründə və atəşkəsin pozulması dönəmində bəzi şou nümayəndələrinin hərbi geyimlə şəkillər çəkdirməsinə etirazını bildirib.

Müğənninin sözlərinə görə, bu cür vətənpərvərliyin simvolu sayılmır:

"Şou nümayəndələri öz işiylə məşğul olsa, yaxşı olar. Hərbi geyimdə, əlində avtomat, tankın üstündə şəkil çəkdirməklə heç kəs vətənpərvər olmur. Belə addımlar vətənpərvərliyim simvolu deyil. Vətənpərvərlik insanın qanında, canında olmalıdır. Bununla kimsə şəhid ailələrinə, qazilərə dəstək olacağını düşünürsə, səhv edir.

Qonşudan bişən yeməklə heç kəsin qarnı doymur. Vətənpərvər kişi şou nümayəndələri cəbhədə döyüşər, qadınlar da həmin ailələrə maddi yardım göstərər.

Mən də şəhid ailəsiyəm, amma buna görə heç vaxt yardım istəməmişik. Bizim ailədə belə şeylər olmayıb. Allah şəhidlərimizə rəhmət eləsin!"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.