Belarusa gedən rusiyalıları qatardan düşürüb geri qaytardılar

28-09-2022, 09:16           
Belarusa gedən rusiyalıları qatardan düşürüb geri qaytardılar
Rusiyanın Sankt-Peterburq şəhərindən Belarusa qatarla gedən beş rusiyalı “səfərbərlik haqqında” qanuna görə ölkədən buraxılmayıb. Bu barədə qadağa qoyulan şəxslərdən biri deyib:

“Qatardan dörd nəfəri çıxardılar, sərhədçilər onların hər birinin adını və yerini bilirdilər”.

Hərbi kafedranı bitirdiyini, lakin orduda xidmət etmədiyini deyən həmin şəxs bildirib ki, əvvəlcə Minskə, oradan da İstanbula gedəcəkmiş.
Amma onu Belarusla sərhəddən əvvəl, Nevel-2 dəmiryolu stansiyasında qatardan düşürüblər.

Rusiyalıların beşinə də səfərbərlik haqqında qanun əsasında səyahətin qadağan olunduğu barədə bildirişlər verilib.

Sənəddə deyilir ki, dəqiqləşdirmə üçün qeydiyyat yerindəki hərbi komissarlığa müraciət etmək lazımdır. (Mənbə: Ukrainskaya Pravda)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru