Uşaqlar niyə gec dil açır?

1-10-2022, 12:44           
Uşaqlar niyə gec dil açır?
Uşaqların gec dil açıb danışmasının səbəbi elmə tam məlum deyil.Amma,bunu nevroloji,genetik,duyğusal və neyropsixoloji vəziyyərlərlə əlaqələndirirlər.Statistikanın hesablamaları Yer kürəsi uşaqlarının 9%-ə qədərinin gec dil açıb və gec danışdığını qeyd edir.

Redaktor.az xəbər verir ki, gec dil açıb danışımaq uşağın zehni fəaliyyətinin də gec inkişafına səbəb olduğu üçün mütəxəssislər valideyinləri belə hallarla rastlaşdıqda pediatrdan məsləhət almağa çağırır.

Danışmanın çox gecikməsi isə aşağıdakı xəstəliklərdən baş verə bilir:

- Daun sindromu

- damaqda olan çatışmazlıq

- serebral iflic

- autizm

- genetik gec danışma

- inkişafdan geri qalma

- erkən doğum.

Uşaq yaşayan evdə böyükər iki dildə danışarlarsa və ya uşaq fikrini bildirmək istədikdə onun yerinə müdaxilə edərlərsə o zaman da uşaq fikrini söyləməkdə çətinlik çəkir və gec danışır.

Danışmaq fikirləri fiziki olaraq ifadə etməyə çalışmaqdır.Bu zaman insanın fikirləri danışma ilə əlaqədar olan orqanları hərəkətə gətirir və koordinatları ifadə edir. Uşaqlarda dilin inkişafı gözlərinin gördüyünü ifadə etməklə başlayır və bəbəklərin böyüməsilə inkişaf edər. Ömrünün ilk aylarında körpə uşaqlar ətrafdakı səsləri gözləri ilə təqib edir,sonralar isə səs gələn tərəfə dönüb baxırlar.Bir yaşına yaxın uşaqlar yanlarında tez-tez təkrarlanan adı tanıyar və gözləri ilə onu ifadə edərək göstərərlər.2 yaşına girmiş uşaqlar kitablarda gördükləri şəkili gözləri ilə göstərə və musiqi eşidən zaman ritmik hərəkətlərlə oynaya bilirlər.3-4 yaşında olan uşaqlar kim, nə, harada və niyə suallarına cavab verə bilirlər.

Uşaqlar 8-10 aylığında kiçik hecaları təkrarlaya,15 aylıq olduğunda isə ber neçə asan sözü söyləyə bilirlər.2 yaşındakı uşaq ən azı 25 kəlməni söyləyə bilməlidir. Əgər 2 yaşındakı uşaq bu qədər söz deyə bilmirsə və ya soruşulan sualara cavab əvəzinə işarə etmirsə deməli onun danışmavə eşitmə ilə problemləri var. 3 yaşındakı uşaq 200 kəlməni ifadə edə bilmirsə, istəklərinin sözlərlə deyə bilmirlərsə o zaman onun danışıqla əlaqədar çətinliyi var. Bu zaman valideyin mütləq həkimə müraciət edilməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.