Erməni məktəblilər Tərtər rayonu ərazisində avtomat silahlarla təlim keçdi?.. - BU NƏDİ BELƏ?

1-10-2022, 11:38           
Erməni məktəblilər Tərtər rayonu ərazisində avtomat silahlarla təlim keçdi?.. - BU NƏDİ BELƏ?
Erməni məktəblilər Tərtər rayonu ərazisində avtomat silahlarla təlim keçdi?..
Azərbaycan Respublikası Tərtər rayonunun 44 günlük müzəffər savaşımızdan sonra da Rusiya “sülhməramlı” hərbi kontingentinin himayəsinə sığınmış separatçı-terrorçu rejimin nəzarətində qalan Ağdərə şəhəri yaxınlığında hayk gənclərinin hərbi təlim keçməsi haqda məlumat yayılıb.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu barədə informasiya “@reartsakh” erməni teleqram-kanalında peyda olub.

Əyanilik üçün məlumatın tərcüməsini olduğu kimi nəzərinizə çatdırırıq:

"Artsax müdafiə nazirliyinin proqramı çərçivəsində Artsax Respublikasının Martakert şəhərində 11 və 12-ci sinif şagirdləri avtomat silahlardan atəş açmağı öyrənirlər".

Zəruri şərh:

Kimlərsə deyə bilər ki, bu, dezinformasiyadır. Əlbəttə, ən dəqiq məlumatı sözügedən ərazilərə nəzarət edən Rusiya hərbi kontingentinin nümayəndələri, sonra da Azərbaycanın müvafiq qurumları verə bilər. Amma bunun gerçək olması da mümkündür axı… Hamımız gözəl bilirik ki, nə Arayik, Balasanyan, David Babayan başda olmaqla İnterpolla aradığımız Xankəndindəki separatçı-terrorçu xunta rəhbərliyi həbs olunub, nə də 10 noyabr bəyanatına uyğun olaraq Rusiyanın məsuliyyət zonasındakı erməni silahlı birləşmə və texnikalarının hamısı çıxarılıb. Və xüsusən də keçmiş Ağdərə rayonu ərazisində qanunsuz silahlı birləşmələr qalmaqdadır… Belə olan halda gənclərə, məktəblilərə təlim keçmək separatçılar üçün niyə problem olsun ki?..












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.