Ərəb ölkələri Rusiyanın ərazi ilhaqını tanıyacaq?

3-10-2022, 08:47           
Ərəb ölkələri Rusiyanın ərazi ilhaqını tanıyacaq?
Ərəb ölkələri dörd yeni regionun Rusiyaya daxil olmasını qiymətləndirərək balanslaşdırılmış mövqe nümayiş etdirəcək.

Axar.az xəbər verir ki, bunu Rusiyada Ərəb Araşdırmalar Mərkəzinin direktoru, “Siyasi perspektivlər” jurnalının baş redaktoru Hani Süleyman deyib.

"Düşünürəm ki, ərəb ölkələri təmkinli olacaq və həm ABŞ, həm də Rusiya ilə münasibətlərdə balansı saxlamağa çalışacaqlar. Onlar əlbəttə ki, bu addımı tənqid və ya rədd etməyəcəklər, amma təxribat törətməmək üçün müsbət reaksiya da gözləmək lazım deyil”, - o bildirib.

Onun fikrincə, ərəb ölkələri tərəfindən bu ərazilərin Rusiyaya ilhaqının tanınması zaman amilindən və siyasi vəziyyətdən asılıdır.

Facebook












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru