Ermənistan vətəndaşlığı üçün külli miqdarda pul ödəyən rusiyalı iş adamı aldadıldı

6-10-2022, 09:03           
Ermənistan vətəndaşlığı üçün külli miqdarda pul ödəyən rusiyalı iş adamı aldadıldı
Moskvalı sahibkar “nüfuzlu dostu”nun köməyi ilə Ermənistan vətəndaşlığı almaq niyyətinə düşüb və 10 milyon rublunu (təxminən 278 min manat) itirib. İş adamı pulu ödədikdən sonra bir neçə dəfə respublikaya uçsa da, həmin şəxs onunla görüşə gəlməyib və vaxtı uzadıb.

Adı açıqlanmayan tibbi avadanlıqlar şirkətinin direktoru Avropadakı sərgilərə uçmaq və xaricdən komponentlərin idxalı üçün logistika şirkəti açmaq məqsədilə paralel idxal sənədləri, viza və Ermənistan vətəndaşlığını almaq niyyətində olub. Lakin fırıldaqçılıqla üz-üzə qaldığını anlayan moskvalı pulun qaytarılmasını tələb etsə də, ona vəsaitlərin məsələnin həlli üçün xərclədiyi bildirilib.

Daha sonra aldadılan iş adamı polisə yollanıb. Hüquq-mühafizə orqanları artıq məsələnin araşdırılmasına başlayıblar. Məlumata görə, hazırda xüsusilə böyük məbləğdə dələduzluqla bağlı cinayət işinin başlanması nəzərdən keçirilir. (Mənbə: RenTV)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru