İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır - CNN

21-05-2025, 16:38           
İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır - CNN
İsrail ordusu Vaşinqton və Tehran arasında aparılan danışıqlara baxmayaraq, İranın nüvə infrastrukturuna zərbələr endirməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə ABŞ-ın hakim dairələrindəki mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.

"İsrailin İranın nüvə obyektlərinə zərbə endirmə ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb. Həmçinin ABŞ və İranın Tehranın tamamilə uranından imtina etməyəcəyi ilə bağlı saziş bağlaması perspektivi belə bir zərbə ehtimalını artırır", - məlumatda deyilir.

Mənbələr İsrail hakimiyyətinin hücumla bağlı yekun qərarı verib-vermədiyini bilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru