Azərbaycan Dağıstanda zeytun yağı istehsal edəcək

21-05-2025, 15:44           
Azərbaycan Dağıstanda zeytun yağı istehsal edəcək
Azərbaycan Dağıstanda zeytun bağları və eyni adlı məhsul üzrə yağ zavodunun tikintisinə sərmayə yatırmağı planlaşdırır
"İSFA" MMC-nin rəhbəri Samir Xeyirbəyov və ANO İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abaskuliyev müvafiq saziş imzalayıblar.
Memorandum Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyində imzalanıb. İnvestisiya sazişi Dağıstanın baş nazirinin müavini Rizvan Qazimaqomedov və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin direktor müavini Tural Hacılının iştirakı ilə bağlanıb.
Sazişin məqsədi Dağıstan ərazisində 100 hektar zeytun bağının salınması, daha sonra isə zeytun yağı istehsalı zavodunun tikilməsidir. \\Referans












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru