Xalqı 285 manata möhtac edən deputatlar düymə basmağa 5 min manat maaşı bəyənmir

Bu gün, 12:47           
Xalqı 285 manata möhtac edən deputatlar düymə basmağa 5 min manat maaşı bəyənmir
Xalqı 285 manata möhtac edənlər 5 min manat maaşı bəyənmir

Xalqı 285 manata möhtac edən deputatlar düymə basmağa 5 min alır - Antimilli parlament

Azərbaycanda ancaq hansısa deputat dolanışığından şikayətlənə bilər. Yəni maaşdan narazı qalan, absurd fikirlər söyləyən başqa ölkələrin parlament üzvləri görə bilməzsiniz. Çünki millət vəkili hər çıxışında milləti fikirləşib ağzını açır. Azərbaycanda isə deputatların bir çoxu millətin səsini almadan mandat qazandığına görə antixalq çıxışları ilə gündəmə gəlirlər.

Götürək elə deputat Səyyad Aranı. 5 min manat maaşın azlığından giley-güzar edir. Deyir ki, bu pul azdır, çatdıra bilmir, ona görə maşın ala bilmir. Bu sözü deyən deputatın maaşı 5 yox, 7 min manatdır. İkincisi, aylıq 7 minin 3 min manatını xərcləyib, 4 min evinə qoysa, bir ilin içində 35-40 minlik normal avtomobil ala bilər. Bu, işin bir tərəfi.

İkincisi, deputat o ölkədə maaşından narazıdır ki, ehtiyac meyarı 285 manat, minimum əmək haqqı 400 manatdır. Onun seçicilərinin heç 1 faizi belə ayda 5-7 min manat qazanmır. Üstəlik, ərzaqdan tutmuş gigiyenik məhsullara qədər hər şey baha. Hələ vətəndaşın şəxsi ehtiyacları, kommunal xərcləri, geyim dərdi, övladının qayğıları, xeyir-şər məsələlərini qeyd etmirik. Amma Səyyad Aran əhalinin belə bir sosial vəziyyətinə baxıb aldığı məvacibdən gileylənir.
Və təkcə o deyil, deputatların bir hissəsi burnundan o yananı görmür. Çünki ağzı isti yerdə olanda kasıb təbəqə yada düşmür.
Ona görə də antiMilli Məclis təəssüratı yaradır. Bəzi deputatlar istisna, əksəriyyəti xalqdan ya bixəbərdir, ya laqeyddir. Halbuki deputatlıq maaşı ilə bərabər biznes imkanları da var. Amma xalqın güzəranı haqda danışmırlar. Ona görə də bu parlamentin də fəaliyyəti əvvəlkilərdən bir o qədər fərqlənmədi.
Halbuki hər dəfə parlament buraxılanda deyildi ki, əvvəlki işə yaramırdı, islahatların tempinə uyğun deyildi, tərkibində mehdiyevçilər, “5-ci kolon” xidmətçiləri var. Amma hər dəfə yenilənən parlamentdə yenə də xalqın əsəblərinə toxunan deputatlar tapılır.
Yeri gəlmişkən, hüquqşünas Əkrəm Həsənov maraqlı məqamlara toxunub: “Ən əsası isə 16 dekabr 2024-cü ildə Milli Məclis yekdilliklə yaşayış minimumu və ehtiyac meyarının həddini 285 manat məbləğində müəyyən edib. Yəni hörmətli deputatlarımız hesab edir ki, vətəndaşımızın yaşaması üçün 285 manat kifayətdir. Yəni 7000 manatdan çox maaşı özünə az bilən deputat hesab edir ki, sıravi vətəndaş 285 manatla yaşaya bilər. Həm də mən başa düşmürəm ki, bizim deputatlara sırf düymə basmağa görə niyə bu qədər maaş verirlər. Axı onlardan hansısı heç olmasa bir qanun layihəsini hazırlayıb təqdim edib? Heç biri! Halbuki deputatın işi məhz budur: qanunverici olmaq, qanun layihələri hazırlamaq. Texniki olaraq düymə basmaq yox...”



Azər Talıbov
Anaxeber.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.