Küçədə yol nişanı qızın üstünə düşdü – yaddaşını qismən itirdi
Bu gün, 15:28
Rusiyada Sankt-Peterburqda 17 yaşlı qızın üstünə küçədə güclü külək nəticəsində yol nişanı düşüb. Hadisə Maraq küçəsində baş verib.
32gun.az xəbər verir ki, bu barədə ölkənin “Fontanka” nəşri məlumat yayıb.
Bildirilir ki, insident 17 may, şənbə günü baş verib. Evə qayıdan qız əvvəlcə vəziyyətin ciddi olmadığını düşünüb və yoluna davam edib.
Lakin ertəsi gün qız özünü qəribə hiss etməyə başlayıb — onu mesajla yazan dostlarını tanımayıb və bəzi hadisələri xatırlaya bilməyib. Bundan sonra o, tibbi yardıma müraciət edib. Hazırda qız neyrocərrahiyə şöbəsində orta ağır vəziyyətdə müalicə alır.
Qeyd edək ki, oxşar hadisə ötən ilin avqust ayında da yaşanmışdı. Sankt-Peterburqun Primorski mahalında yük maşını sürücüsü svetoforu vuraraq aşırmış, onun konstrukiyası 13 yaşlı qızın üstünə düşmüşdü. Hadisə Korolyov prospektində, məktəbli qızın piyada keçidindən keçdiyi vaxt baş vermişdi. Uşaq beyin silkələnməsi və alın nahiyəsində kəsik xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdi.