Nüşabədən sərt AÇIQLAMA: “Cəmiyyətdə mənim xəyanətə məruz qaldığım üçün aldığım travma və yaşadığım ağrı heçə sayılır.” - VİDEO

21-05-2025, 15:24           
Nüşabədən sərt AÇIQLAMA:
Müğənni Nüşabə Musayeva bir müddət öncə xəyanət etməklə bağlı verdiyi qalmaqallı açıqlamadan danışıb.
Bu barədə o, “Qapqara” layihəsində açıqlama verib.

Nüşabə deyib ki, ona xəyanət edildikdən sonra xəyanət edib:

“Mən demişəm ki, mənə xəyanət olunandan sonra xəyanət etmişəm. Cəmiyyətdə mənim xəyanətə məruz qaldığım üçün aldığım travma və yaşadığım ağrı heçə sayılır.

Qarşı tərəf kişidir, hər şey olar, amma sən Azərbaycan qadınısan olmaz. Necə olur ki, Azərbaycan kişisi azərbaycanlı qadının yatağına başqa azərbaycanlı qadını gətirir? Bu necə sayılır?

Xəyanətə dözdükləri üçün qadınların hüquqları əllərindən alınır, şiddətə məruz qalırlar. Bu, necə olur?! Şəxsiyyətlə, mənliyin cinsiyyəti olmur. Mənim də mənliyim, qürurum, hisslərim var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru