Almaniyada tikinti liftinin düşməsi nəticəsində üç nəfər ölüb

21-05-2025, 12:08           
Almaniyada tikinti liftinin düşməsi nəticəsində üç nəfər ölüb
Almaniyanın cənub-qərbində tikinti liftinin düşməsi nəticəsində üç nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Stern” jurnalı məlumat yayıb.

“Baden-Vürtemberqin ən böyük tikinti meydançalarından birində, Horb-am-Nekkar şəhərində körpü tikintisi üçün nəzərdə tutulmuş liftin qəzası sonucunda üç fəhlə həlak olub”, – nəşr yazıb.

Qeyd olunub ki, lift tikinti kranına bərkidilməli olsa da, ayrıldığı üçün hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru