Polis polkovniki dələduzluğa görə HƏBS EDİLDİ

21-05-2025, 16:14           
Polis polkovniki dələduzluğa görə HƏBS EDİLDİ
Rusiyanın Volqoqrad vilayətinin Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəisinin müavini həbs edilib.

TEREF Lent.az-a istinadla bildirir ki, istintaqın məlumatına görə, o, sahibkarlara dəstək məqsədilə Türkmənistan və Türkiyəyə biznes missiyası təşkil etmək sxemində iştirak edir. Missiyaya cavabdeh olan məsul şəxs layihənin həyata keçirilməyəcəyini bilə-bilə, ümumilikdə 2,3 milyon rubl məbləğində xidmətlərin göstərilməsi üçün müqavilələr bağlayıb.

Hesabat sənədləri nazirliyə göndərilib və məlum olub ki, orada adı keçən iş adamları onların layihədə iştirakları barədə heç vaxt eşitməyiblər.

Baş İdarə rəisinin əməliyyat işləri üzrə müavini olan polis polkovnikinin bu fırıldaq sxemində iştirakını Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları müəyyən ediblər. Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq külli miqdarda və xüsusilə külli miqdarda dələduzluq faktı üzrə cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru