Zakir Həsənov şəhid ailələrini niyə qəbul etmir? - NARAZILIQ VAR!

11-10-2022, 12:07           
Zakir Həsənov şəhid ailələrini niyə qəbul etmir? -
Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən nazirlərin, komitə rəhbərlərinin və müvafiq icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarla birbaşa ünsiyyəti ənənə halını alıb.

Ancaq təəssüflər olsun ki, bu tapşırıq bəzi nazirlər üçün keçərli deyil.

TEREF.AZ-ın məlumatına görə, Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, nəzərdə tutulmasına baxmayaraq, müdafiə naziri Zakir Həsənov vətəndaşlarla ünsiyyətdən yayınır.

Nazirliyin rəsmi saytında Cənab Həsənovun vətəndaş qəbulu günü barədə müvafiq elan yerləşdirilsə də ancaq bu görüşlər keçirilmir.


Gununsesu.info– ya müraciət edən vətəndaş bildirir ki, elanda göstərilən tarixdə nazirliyə getsələr də onları başqa şəxslər qəbul edir:

“Bu adamlar isə “ərizəni qoy, get” sözündən başqa bir şey demir.

Nazirin qəbuluna gedənlərin əksəriyyəti şəhid ailələrdir.

Belə çıxır ki, Zakir Həsənov üçün nə şəhidin adı əbədidir, nə də Prezidentin tapşırığı önəmlidir”.

Müdafiə Nazirliyinin sözçüsü Anar Eyvazov telefon zənglərimizi cavabsız qoyduğundan nazirliyin mövqeyini öyrənə bilmədik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru