Şuşada yaşayış binalarını tikən iş adamları kimdir? - 56 milyon alıblar...

11-10-2022, 16:21           
Şuşada yaşayış binalarını tikən iş adamları kimdir? - 56 milyon alıblar...
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqələrinin qalibi “Archico” MMC (VÖEN-1501701551) olub.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, İdarə şirkətə Şuşa şəhərində salınacaq Cənub yaşayış zonasının inşasına görə 41 milyon manata yaxın vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, hər biri 3-5 mərtəbəli olacaq 15 yaşayış binası inşa olunacaq.
Onu da qeyd edək ki, daha əvvəl Şuşada 8 yaşayış binasının inşası üzrə keçirilən tender müsabiqəsində "Conco" QSC (VÖEN – 1403054601) qalib olub və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bu şirkətə 15 milyon manat ödəyəcək.
Şuşa şəhərində yaşayış binaları inşa edəcək “Archico” MMC 50 manat nizamnamə kapitalı ilə 2010-cu ildə təsis olunub. MMC-nin qanuni təmsilçisi Musayev Musa Məhəmməd oğludur. Şirkətin hüquqi ünvanı "Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 758"də yerləşir.
2 min manat nizamnamə kapitalı olan “Conco” QSC-nin qanuni təmsilçisi isə Şıxseyidov İlham Ağa oğludur. 3 mart 2015-ci ildə dövlət qeydiyyatına alınan QSC-nin hüquqi ünvanı "Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81A, m. 1/2/3"də yerləşir.
DİA.AZ xatırladır ki, bu faktla bağlı öncədən də dolğun bilgiləri oxucularımıza təqdim etmişik:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi pulları İlham Şıxseyidova ötürür...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru