DİN-in 12 milyonluq tenderlərini bu şirkətlər qazandı – SİYAHI - MƏBLƏĞLƏR

12-10-2022, 00:10           
DİN-in 12 milyonluq tenderlərini bu şirkətlər qazandı – SİYAHI - MƏBLƏĞLƏR
Daxili İşlər Nazirliyinin «Maddi -Texniki Təminat Baş İdarəsi» müxtəlif mal və xidmətlərin alınması üçün ümumi məbləği 12 milyon manata çatan 5 tenderin nəticəsini elan edib.

FED.az xəbər verir ki, «Texnika avadanlıqlarının satınalınması» tenderində «Cool Vent Group» MMC (2003781971) qalib gəlib – məbləğ 1 milyon 397 min manat.

Konteynerlərin (Postların) satın alınması üzrə tenderdə «Creative and İnnovative Soluntions» MMC (1404537661) qalib gəlib – məbləğ 1 milyon 541 min manat.

Mebel-inventarların satınalınması üzrə tenderin qalibi «Azəri-M» MMC (1300668971) olub – məbləğ 2 milyon 459 min manat.

«Pambıq balış, döşək ağı, balış üzü, səhra maykası, şərf, poliver, səhra kostyumu pambıq balış, döşək ağı, balış üzü, səhra maykası, şərf, poliver, səhra kostyumu» alınması üzrə tenderdə «Elmanado» MMC (3102351871) şirkəti qalib gəlib – 6 milyon 139 min manat.

Gündəlik geyim forması mont, gündəlik kostym, yay şalvarı və s gündəlik geyim forması mont, gündəlik kostym, yay şalvarı və s alınması üzrə tendern qalibi isə «Bakı Tikiş Evi» ASC (9900068751) olub – məbləğ 1 milyon 616 min manat.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.