İranın cənub-şərqində "Mossad" casusunun həbs edilməsi xəbəri yayıldı...

12-10-2022, 11:47           
İranın cənub-şərqində "Mossad" casusunun həbs edilməsi xəbəri yayıldı...
İranın cənub-şərqində "Mossad" casusunun həbs edilməsi xəbəri yayıldı...

İranın cənub-şərqində bir nəfər İsrailə casusluq etməkdə şübhəli bilinərək həbs edilib.

Moderator.az İranın Mehr agentliyinə istinadən xəbər verir ki, Kirman Höccətül-İslam əyalətinin ədliyyə şöbəsinin rəhbəri İbrahim Həmidinin sözlərinə görə, İİKK-nın kəşfiyyat qüvvələri Mossad-a casusluq etməkdə şübhəli bilinən şəxsi həbs edib.

Onun sözlərinə görə, təxribat planlaşdırıb. Saxlanılan şəxs öz bədxah planlarını həyata keçirmək üçün İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqə yaratmağa çalışıb.

O, əlavə edib ki, şübhəli şəxs son vaxtlar iş adamı adı altında bir neçə dəfə qonşu ölkələrə səfər edib və internet vasitəsilə İsrail rejiminin kəşfiyyat xidməti ilə əlaqə saxlayıb.

Şübhəli şəxs Mossad zabitləri ilə görüşmək üçün İranı da tərk etməyi planlaşdırırmış, lakin getməzdən əvvəl SEPAH təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru