Avropanın ən çox “yeyib-içən” xalqı azərbaycanlılardır? - SİYAHI

12-10-2022, 12:28           
Avropanın ən çox “yeyib-içən” xalqı azərbaycanlılardır? - SİYAHI
Azərbaycanda hər bir vətəndaşın istehlak xərcləri orta hesabla ayda 308 manat 60 qəpik olub.
TEREF.AZ-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, istehlak xərclərimizin 43,6%-ni və ya 134 manat 70 qəpiyini ərzaq məhsullarının alınmasına sərf edirik.
Məlumat üçün bildirək ki, bu göstəriciyə görə, yəni ərzaq məhsullarına sərf olunan vəsaitin payına görə Azərbaycan Avropa ölkələri arasında 1-ci sırada qərarlaşıb.
Müqayisə üçün qeyd edək ki, Avropa ölkələrində bu göstərici 14,8% təşkil edir. Avropa Birliyinə daxil olan ayrı-ayrı ölkələrdə vətəndaşların ümumi istehlak xərclərində ərzaq məhsullarının payı aşağıdakı kimi olub:
Avstriya – 11,3 %
Belçika – 14,4 %
Bolqarıstan – 20 %
Xorvatiya – 21,4 %
Kipr – 15,4 %
Çexiya – 17,1 %
Danimarka – 12,2 %
Estoniya – 21,2 %
Finlandiya – 12,5 %
Fransa – 14,9 %
Almaniya – 11,9 %
Yunanıstan – 19,4 %
Macarıstan – 18,8 %
İrlandiya – 9,4 %
İtaliya – 16,5 %
Latviya – 19,9 %
Litva – 21,8 %
Lüksemburq – 9,5 %
Malta – 15 %
Niderland – 13,2 %
Polşa – 19,4 %
Portuqaliya -18,7 %
Rumıniya – 26,4 %
Slovakiya – 19,4 %
İspaniya – 15,8 %
İsveç – 13,2 %
İslandiya – 13,6 %
Norveç – 13,3 %

Məlumat üçün onu da bildirək ki, Azərbaycan vətəndaşlarının digər istiqamətlərdə xərcləri Avropa ölkələrilə müqayisədə aşağıdır.
Aşağıdakı cədvəldə Azərbaycanda və Avropa ölkələrində istehlak xərclərinin ayrı-ayrı istiqamətlər üzrə payını görə bilərsiniz:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru