“Putin bir hücuma 500 milyon dollar məsrəf edib, effekt yoxdur” - Ekspert

13-10-2022, 08:29           
“Putin bir hücuma 500 milyon dollar məsrəf edib, effekt yoxdur” - Ekspert
RF Prezidenti Vladimir Putin sonuncu miqyaslı raket hücumları ilə yalnız tökülən qanla rusiyalıların «könlünü alıb». O, yalnız buna nail olub. O, gücünü yox, ağılsız durumunu və küncə qısılmış vəziyyətdə olduğunu göstərə bilib.

Bu fikri «İnformasiya müqaviməti» qrupunun hərbi-siyasi şərhçisi Aleksandr Kovalenko səsləndirib («UNİAN»).

«Praktiki olaraq, bütün ölkə ərazisində internet şəbəkəsinə giriş bərpa olunub. Bir sıra vilayətlərdə enerji təchizatı fasilələrlə həyata keçirilir, amma faktiki olaraq, bərpa edilib. Dünən Putin raket hücumuna 500 milyon dollardan artıq vəsait məsrəf edib və bu gün də atəşi davam etdirir. Bəs effekti hanı? İnsanların həyatının itirilməsinə və şəhərlərin dağıdılmasına sevinən rusiyalıların dəstəsi - bax, Putinin nail olduğu yeganə nəticə. Heç nəyə dəyməyən qansoranları tökülən porsiya qanla sevindirib» - ekspert qeyd edib.

«Dneprdə bir gecədə yolun ortasında böyük çala düzəldiblər. Ukrayna daha tez bərpa olunur, nəinki siz, öz təyyarələrinizi raket və bombalarla yükləyirsiniz. Yeri gəlmişkən, Kerç körpüsündə işlər necədir? Hərəkət bərpa olunubmu? 500 milyon dollar… Bu, təxminən 5 onkoloji mərkəz deməkdir» - Kovalenko əlavə edib.

O, həm də sadalayıb ki, RF Ukraynaya nə ilə hücum edib və belə fikir səsləndirib ki, bu, nəyin göstəricisi ola bilər…

Kovalenko əmindir, Rusiya ancaq onu sübut etdi ki, o, ukraynalıları qorxutmaq üçün müharibənin səkkizinci ayında əlində qalmış silahlardan istifadə edir, gücünü və zorunu göstərmir, ağılsızlığını və küncə sıxılmış olduğunu göstərir.

«Fevralın 24-də Rusiya bir sutkada Ukrayna ərazisinə 160-dan artıq raket zərbələri endirib - qanadlı və ballistik raketlərlə. Sonrakı günlər intensivlik bundan az olmayıb…» - şərhçi xatırladıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.